Hörmətli istifadəçi!

Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi - MAS Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamla təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndakı maliyyə məhsul və xidmətləri barədə axtarış sisteminin yaradılması tapşırığının icrasına nail olmaq üçün hazırlanmışdır. MAS aşağıdakı məqsədlərə xidmət edir:

Beynəlxalq təcrübə əsasında yaradılmış bu Məlumat-Axtarış Sistemi müştərilərin maliyyə məhsul və xidmətləri arasında asanlıqla müqayisə aparılmasına imkan yaradan interfeyslə təmin olunmuşdur. 

Mərkəzi Bank tərəfindən “Maliyyə məhsul və xidmətlərininməlumat-axtarış sistemi”nə bankların qoşulması işləri gələcəkdədə davam etdiriləcəkdir.

Hörmətlə, Azərbaycan Respublikasının Mərkəzi Bankı